Almaniya Avropa Basketbol Çempionu Oldu

2 Dəq Oxuma Müddəti

Almaniya ikinci dəfə Avropa taxtında

Almaniya yığması Latviyanın paytaxtı Riqa şəhərində keçirilən final qarşılaşmasında Türkiyəni 88-83 hesabı ilə məğlub edərək EuroBasket 2025-in qalibi olub. Bu qələbə ilə Almaniya 1993-dən sonra ikinci dəfə Avropa çempionu titulunu əldə edib.

Gərgin keçən final oyunu

Oyun boyu üstünlük bir neçə dəfə dəyişib. Almaniya ilk hissəni 24-22 hesabı ilə öndə bağlasa da, Türkiyə ikinci hissədə 24-16 nəticə ilə geri dönüş edərək fasiləyə üstün yollanıb.

Üçüncü hissədə alman basketbolçuları yenidən təşəbbüsü ələ alaraq 26-21 nəticə ilə fərqi azaldıblar. Sonuncu – dördüncü hissədə isə Almaniya daha soyuqqanlı çıxış edərək 22-16 hesablı üstünlük qazanıb və ümumi nəticədə 5 xallıq fərqlə qalib gəlib.

Ulduzların parlaq oyunu

Almaniya millisində İsak Bonga 20 xal və 5 ribaundla ön plana çıxıb. Frans Vaqner 18 xal və 8 ribaund, Denis Şröder 16 xal, Tristan da Silva isə 13 xal toplayıb.

Türkiyə millisində isə Alperen Şengün 28 xal, Cedi Osman 23 xal, Şeyn Larkin 13 xal və Adam Bona 12 xalla mübarizə aparsa da, komandanın tarixi uğuru reallaşmayıb.

Almaniyanın qayıdışı, Türkiyənin gözləntisi

Bu qələbə ilə Almaniya basketbolu böyük dönüşünü təsdiqləyib. Komanda 2005-ci ildə gümüş, 2022-ci ildə isə bürünc medal qazanmışdı. İndi isə 32 ildən sonra ikinci dəfə Avropa taxtına qayıdıb.

Türkiyə yığması isə Avropa çempionluğunu hələ də əldə edə bilmir. Son final məğlubiyyəti onların qitə birinciliyi yolunda hələ çox çalışmalı olduqlarını göstərdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş