Ağ Ev: Avropa Özünü Məhv Edir

2 Dəq Oxuma Müddəti

Ağ Evin Baş katibinin müavini Miller bildirib ki, Avropanın enerji, miqrasiya və müdafiə başda olmaqla bir çox siyasət sahəsində izlədiyi yanlış yanaşmalar qitəni tədricən zəiflədir və bu proses Avropanın gələcəyini təhlükə altına salır.

Ağ Evin Baş katibinin müavini Stiven Miller Avropa ölkələrinin siyasətin bəzi istiqamətlərinə yanlış yanaşaraq özlərini mərhələli şəkildə məhv etdiklərini ifadə edib.

Miller açıqlamasında belə deyib:
Avropa enerji sektorunu həddindən artıq tənzimləmələrlə boğaraq, özünü səmərəsiz “yaşıl” enerjiyə və xarici ölkələrə asılı vəziyyətə salmaqla yavaş-yavaş özünü öldürür. Avropa həddindən artıq tənzimləmələr, məntiqsiz miqrasiya siyasəti və öz silahlı qüvvələrinə sərmayə qoymaması səbəbindən özünü məhv edir.

Miller əlavə edib ki, Avropa illər boyu öz silahlı qüvvələrini inkişaf etdirmək əvəzinə müdafiəni ABŞ-ın subsidiyalarına söykəndirib. O, Prezident Donald Trampın Avropalı NATO tərəfdaşlarını müdafiə xərclərini ÜDM-in beş faizinədək artırmağa razı salmağı bacardığını da vurğulayıb.

Qrenlandiya məsələsinə toxunan Miller bildirib ki, Vaşinqton artıq bir razılaşma çərçivəsində istədiyi və ehtiyac duyduğu hər şeyi pulsuz əldə edəcək.

Çərşənbə günü Davosda keçirilən Dünya İqtisadi Forumunda Tramp Avropanı sərt şəkildə tənqid edərək, Avropanın yanlış istiqamətdə irəlilədiyini və malik olduğu təbii resurslardan istifadə etmədiyini vurğulamışdı.

Tramp NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı ada ilə bağlı gələcək bir razılaşmanın əsasının qoyulduğunu açıqlamışdı. CNN-in məlumatına görə, tərəflər mümkün razılaşmanın adadakı alyans rolunun gücləndirilməsini, ABŞ-ın resurslara çıxışının genişləndirilməsini və Qrenlandiyanın Rusiya və Çindən investisiya qəbul etməsinin qadağan edilməsini əhatə edəcəyi mövzusunda razılığa gəliblər. Axios portalı isə layihənin adanın suverenliyinin ABŞ-a verilməsini nəzərdə tutmadığını, bunun əvəzinə adada “Qızıl Günbəz” adlı raketdən müdafiə sisteminin yerləşdirilməsinin planlaşdırıldığını bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş