ABŞ ordusu Venesueladan çıxan bir gəmiyə hücum edib. ABŞ dövlət katibi Marko Rubio açıqlamasında, Karib dənizinin cənubunda Venesuela mənşəli bir gəminin ABŞ qüvvələri tərəfindən “ölümcül hücuma” məruz qaldığını təsdiqləyib.
Rubio, sözügedən gəminin ABŞ ordusu tərəfindən vurularaq məhv edildiyini bildirib.
Bu açıqlama ABŞ prezidenti Donald Trampın sözlərindən sonra gəlib. Tramp Truth Social hesabında paylaşdığı məlumatda, hücuma məruz qalan gəminin Venesuela ilə əlaqəli narkotik daşıdığını iddia edib və hücum nəticəsində 11 nəfərin öldüyünü vurğulayıb.