ABŞ Ordusu Suriyanın Şimal-Şərqində Hərbi Fəallığı Artırdı

3 Dəq Oxuma Müddəti

ABŞ-ın Suriyanın şimal-şərqindəki fəaliyyəti güclənir

Suriyanın şimal-şərqində yerləşən ABŞ hərbi bazalarında son həftələrdə müşahidə olunan genişmiqyaslı hərbi fəallıq bölgədə yeni gərginlik ehtimallarını gündəmə gətirib. Məlumatlara görə, Vaşinqtonun bu addımları mümkün hərbi ssenarilərə, xüsusilə də Türkiyə əməliyyatı və ya “İŞİD”in yenidən aktivləşməsi kimi risklərə qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirilir.

Rəsmi bəyanatlarla əməli addımlar arasında ziddiyyət

İlin əvvəlində ABŞ Müdafiə Nazirliyi Suriyadakı qüvvələrin 2025-ci ilin sonuna qədər yarıya endiriləcəyini və bir neçə bazanın bağlanacağını bildirmişdi. Lakin son aylar baş verən hadisələr bu planın təxirə salındığını göstərir.

Mənbələrə görə, ABŞ ordusu ilkin mərhələdə bəzi bazaları ləğv edib, texnika və avadanlıqları İraqa köçürsə də, “İŞİD”in fəaliyyətinin artmasıSuriya daxilində siyasi qeyri-sabitlik səbəbindən çıxarılma prosesi dayandırılıb.

ABŞ qüvvələri yenidən bölgəyə yerləşdirilib

Sentyabr ayından etibarən ABŞ ordusu Deyr əz-Zor, HəsəkəRəqqə bölgələrində yerləşən bazalara əlavə qüvvələr və hərbi texnika göndərib. Gələn kontingent arasında hava hücumundan müdafiə sistemləri, ağır silahlar, elektron avadanlıqlartəlimatçı qruplar da var.

Son məlumatlara görə, ABŞ İraq Kürdüstanı ilə sərhəddə yerləşən “əl-Vəlid” keçid məntəqəsindən 100-dən çox hərbi yük maşını ilə logistika və silah avadanlıqları gətirib. Bundan əlavə, bölgəyə 10-dan çox hərbi nəqliyyat təyyarəsi eniş edib.

Həsəkə bazalarında rekord səviyyədə hərbi hazırlıq

Həsəkə əyalətindəki üç əsas baza – Tel Beyder, Xırab əl-CirŞəddadi – son illərin ən yüksək səviyyəli təhlükəsizlik rejimində fəaliyyət göstərir. Bu bazalar ABŞ-ın şərqdəki bütün əməliyyatlarının mərkəzi rolunu oynayır və digər bazalara hava və quru yolla təminat buradan göndərilir.

Oktyabr ayının əvvəlindən etibarən “Şəddadi” bazasında hava desantı, canlı atəşlə təlimlərhava hücumu ssenarilərinin simulyasiyası həyata keçirilir. Radar sistemləri və müşahidə kameraları aktivləşdirilib, patrulların sayı artırılıb.

ABŞ hərbi nümayəndə heyəti bazaları yoxlayıb

Mənbələrin verdiyi məlumata görə, ABŞ-ın yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti yaxın günlərdə Tel BeyderXırab əl-Cir bazalarını ziyarət edərək müdafiə sistemlərinin və rabitə infrastrukturunun vəziyyətini qiymətləndirib. Səfər zamanı bazalara yeni radar və əlaqə sistemlərinin quraşdırılması barədə göstəriş verilib.

Gərginlik ehtimalları

Kürd mənbələrinin bildirdiyinə görə, Vaşinqtonun bu hazırlığı bir neçə mümkün ssenari ilə bağlıdır:

  • Suriya Demokratik Qüvvələri ilə hökumət ordusu arasında qarşıdurma ehtimalı;

  • Türkiyənin Suriyanın şimalında yeni əməliyyat başlatması riski;

  • “İŞİD” qruplaşmasının ABŞ bazalarına qarşı hücum planları.

Ekspertlər qeyd edirlər ki, bu addımlar ABŞ-ın bölgədəki mövqeyini tam tərk etmək niyyətində olmadığını, əksinə, yeni təhlükəsizlik balansı yaratmağa çalışdığını göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş