ABŞ və Sionist rejimin İran əleyhinə apardığı müharibənin mahiyyəti hələ tam dərk edilməmişdir.
Amerika İrandan nə istəyir? Niyə İslam İnqilabının ilk günündən bəri İrana qarşı bu qədər təzyiq, hücum, müharibə və sanksiya tətbiq edir?
Amerika-İran arasındakı müharibənin mahiyyəti bilinmədən bu sualların cavabını tapmaq və aralarındakı problemlərin nə olduğunu anlamaq çətindir.
İran-Amerika arasındakı müharibə ideolojidir və bir sivilizasiya müharibəsidir. İran İslam sivilizasiyasını qurmaq və hakim etmək uğrunda mübarizə aparır, Amerika isə çürüməkdə olan Qərb sivilizasiyasının insanlıq üzərində hegemoniyasını davam etdirmək üçün israrla çalışır.
Bu müharibəyə hədəfi baxımından üç perspektivdən baxmaq mümkündür;
a) Sionizm-Amerika baxımından;
– Hegemoniyasını bütün dünyaya yaymaq istəyir
– Dünya üzərində və xüsusilə Qərbi Asiya bölgəsində tək güc olmaq, alternativ və rəqib görmək istəmir
– İranda İslam nizamını dağıdaraq və ya dəyişdirərək İranı digər bölgə ölkələri kimi öz hakimiyyəti altına almaq istəyir.
b) İran baxımından;
– İslam sivilizasiyasını qurmaq və hakim etmək
– İslam ümmətinin əsrlərdir qırılmış şərəfini, ləyaqətini, izzətini yenidən bərpa etmək.
– Vilayəti-fəqih sistemi ilə qlobal ədaləti hakim edəcək ümumbəşəri Mehdevi nizama zəmin hazırlamaq, ilahi-qlobal hədəflərə doğru irəliləmək.
– Xalqları oyatmaq, ədalət əsaslı ilahi dünya nizamı davasına sahib çıxmağa dəvət etmək.
c) Üçüncü ölkələr baxımından;
– Bu ölkələr öz maraqlarını düşünür,
– İqtisadi hesablamalar aparır,
– Sion-Amerikaya qarşı şərəfli mövqe sərgiləyə bilmədikləri üçün aşağılıq hissi yaşayırlar,
– Özləri müqavimət cəsarəti göstərə bilmədikləri üçün İranın müqavimətinə dözə bilmirlər.
– Qısqandıqları üçün bu müharibənin mütləq qalibinin olmasını istəmir və bir şəkildə atəşkəslə nəticələnməsini istəyirlər.
– Təslimiyyətlərini gizlətməyə çalışırlar
– Sion-Amerikanın sadəcə iqtisadiyyat və enerji arxasınca olduğu yalanını yayırlar.
Dünya üzərində davam edən müharibələr strategiyalar müharibəsidir.
Strategiyalar müharibəsi
– Strategiya hazırlamaq; bir ideologiya qlobaldırsa hər sahədə strategiyası olmalıdır. Strategiyası ideologiyasına əsaslanmalıdır. Müdafiə, müharibə, hücum, passiv səbir, gözləmə, bezdirmə, qorxutma sahəsində davamlı strategiya inkişaf etdirməlidir.
– Qarşı strategiya hazırlamaq; eyni zamanda düşmənin, rəqibin də strategiyasını bilməlidir ki, qarşı strategiya inkişaf etdirə bilsin.
– Əldə olan kozlar/üstünlüklər; coğrafi üstünlük, geosiyasi üstünlük, geostrateji, ideoloji xalq dəstəyi kimi üstünlükləri fürsətə çevirmə strategiyası hazırlamalıdır.
– Düşmənin zəif nöqtələri; məsələn, sionist rejimin və Amerikanın prioritetləri nələrdir, nəyi itirməyi gözə ala bilməz, zərbə alacaq həssas nöqtəsi haradır kimi zəif nöqtələrin müəyyən edilməsi lazımdır.
Strateji silahlar;
Ən böyük və təsirli silah qorxu silahıdır. Qorxu silahları; odlu silahlar, kütləvi qırğın silahları, aclıq/sanksiya, işğal, təhlükəsizliksizlik yaratmaq, qarışıqlıq və daxili müharibə çıxarmaq.
– Qorxu silahına sahib olmağın ilk addımı heç kimdən qorxmamaqdır. Düşmənin təhdidlərindən, gücündən, silahından və s. qorxmamaq ilk addımdır.
– İkinci addım düşmənin qəlbinə qorxu salmaqdır. Əgər düşmənin qəlbinə qorxu sala bilirsinizsə böyük bir silaha sahibsiniz. Sizə hücum etməkdən çəkinirsə, qorxursa, aqibətini hesablaya bilmirsə, sizin nə edə biləcəyinizi bilmirsə qorxur deməkdir.
– Amerika dünyada qorxu imperiyası yaratmışdır; bütün xalqların və dövlətlərin qəlbində qorxu salmışdır. Qorxu salmaq üçün əvvəlcə düşmənin zəif tərəflərini tanımaq və nəyi itirməkdən qorxduğunu müəyyən etmək lazımdır; iqtisadiyyat, insan itkisi, nüfuz, torpaq itkisi, vəzifə və sahib olduqları maddi imkanları istifadə edir.
– İranın niyə bu qorxu silahından qorxmadığını dərk edə bilmir.
İranı motivasiya edən nədir? İran necə bu qədər müqavimət göstərə bilir, nəyə güvənir? Xüsusilə bu son müharibədə necə dəyişiklik etdi?
Dost-düşmən bütün dünya hələ bunu anlaya bilməmişdir. İranı motivasiya edən, güclü edən faktorların nələr olduğunu dərk edə bilmirlər.
İran xalqı, idarəetmə sistemi və hərbi quruluşu dini ideologiyasından qaynaqlanan iki mühüm gücə malikdir; birincisi “Hüseyni müqavimət” və ikincisi “Mehdevi qiyama/nizama zəmin hazırlamaq.”
Bunun doğrultusunda İran köhnə klassik və ənənəvi müharibə taktikaları ilə yanaşı yeni müharibə və müdafiə strategiyaları inkişaf etdirmişdir.
Bunların nələr olduğunu yaxşı araşdırmaq lazımdır.
Bu müharibə bu mərhələdə olmasa belə gec-tez tərəflərdən biri qalib gələnə qədər davam edəcəkdir.
İran Amerikanın hərbi, iqtisadi, siyasi təzyiqlərinə müqavimət göstərir.
Amerika da İranın dini ideologiyasına, İslam mədəniyyətinə və sivilizasiyasına qarşı müqavimət göstərir.
Aralarındakı müharibə qlobal mübarizə, qlobal müharibə və qlobal müqavimətdir.
Məhz bu müharibənin sülhlə nəticələnəcəyini və bitəcəyini zənn edənlər bu həqiqəti görə bilmirlər.
