Şimali Amerika Hava Müdafiə Komandanlığı (NORAD) ABŞ təyyarələrinin uzun müddətdir planlaşdırılan rutin fəaliyyətlər çərçivəsində Qrenlandiyadakı Pituffik Kosmik Bazasına yerləşdiriləcəyini açıqlayıb. Bəyanatda prosesin Danimarka ilə koordinasiya şəraitində həyata keçirildiyi vurğulanıb.
NORAD ABŞ-a məxsus hərbi təyyarələrin “uzun müddətdir planlaşdırılan rutin fəaliyyətlər” çərçivəsində Qrenlandiyada yerləşdiriləcəyini bildirib. Yerləşdirmənin ABŞ, Kanada və Danimarka arasında müdafiə əməkdaşlığı çərçivəsində icra olunduğu qeyd edilib.
NORAD-ın sosial media hesabında yayımlanan açıqlamada “NORAD təyyarələri yaxın zamanda Qrenlandiyadakı Pituffik Kosmik Bazasına çatacaq” ifadəsi yer alıb. Bildirilib ki, bu fəaliyyətlər Şimali Amerikanın müdafiəsinə yönəlmiş rutin əməliyyatlara dəstək məqsədi daşıyır.
Açıqlamada sözügedən yerləşdirmənin Danimarka ilə koordinasiya şəraitində planlaşdırıldığına diqqət çəkilərək, missiyada iştirak edən bütün qüvvələrin zəruri diplomatik icazələr çərçivəsində hərəkət etdiyi vurğulanıb. Qrenlandiya hakimiyyətinin də planlaşdırılan əməliyyatlar barədə məlumatlandırıldığı bildirilib.
