ABŞ-ın Sabiq Səfiri: İsrail İran və Türkiyəni Parçalamaq İstəyir

1 Dəq Oxuma Müddəti

İsrailin İran və Türkiyə planı

ABŞ-ın Səudiyyə Ərəbistanındakı sabiq səfiri Ças Frimen açıqlamasında İsrailin Yaxın Şərqdə təhlükəli planlarını ifşa edib. Onun sözlərinə görə, Təl-Əviv Suriyada həyata keçirdiyi dağıdıcı siyasəti indi İran üzərində təkrar etmək istəyir.

Frimen bildirib ki, İsrailin məqsədi İranı kiçik hissələrə parçalamaq və bölgəni nəzarət altında saxlamaqdır. Daha da irəli gedərək o, İsrailin növbəti hədəfinin Türkiyə olacağını vurğulayıb.

Netanyahunun strateji planı

Diplomatın sözlərinə görə, İsrailin İran daxilində bəzi separatçı qruplarla əlaqələri artıq bu strategiyanın bir parçasıdır. Frimen əlavə edib ki, Baş nazir Benyamin Netanyahunun planı regionda uzunmüddətli sionist hegemonluğunu təmin etməkdir.

O xatırladıb ki, Donald Tramp dövründə İsrailin bölgədə hərəkət azadlığı daha çox idi, lakin bu fürsət əbədi davam etməyəcək.

Əvvəlki xəbərdarlıqlar və İranın mövqeyi

Daha öncə də beynəlxalq ekspertlər xəbərdarlıq ediblər ki, İsrailin İran üzərinə hücumları ölkədə qarışıqlıq yaratmaq və sonda parçalanmaya yol açmaq məqsədi daşıyır.

İranın Ali Lideri isə son çıxışında bu cəhdlərin daha ilk mərhələdə iflasa uğradığını bəyan edib. O, İsrailin planlarının uğursuzluğunu İran xalqının birlik və müqaviməti ilə əlaqələndirib və xalqı bu uğurun “ən mühüm elementi” adlandırıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş