ABŞ-ın İrandan Tələbləri

1 Dəq Oxuma Müddəti

ABŞ-ın xüsusi elçisi, İsrail–Amerika Şurasının Hollivudda keçirilən bir tədbirində çıxış edərək bildirib ki, İran İslam Respublikası ilə mümkün bir “razılaşma nüvə zənginləşdirmə, ballistik raketlər, İranın mövcud zənginləşdirilmiş material ehtiyatları və vekil qüvvələr məsələlərini əhatə edəcək”.

ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff qeyd edib ki, Tramp administrasiyası “İranda hərbi əməliyyatdan daha çox diplomatik həlli” üstün tutur.

Florida ştatında keçirilən İsrail–Amerika Şurasının konfransında səhnədə aparılan müsahibə zamanı Uitkoffa ABŞ-ın İrana qarşı hərbi hücum ehtimalı barədə sual verilib. O isə cavabında belə deyib:

“Ümid edirəm ki, diplomatik bir həll olacaq. Həqiqətən buna ümid edirəm.”

Sputnikin xəbərinə görə, ABŞ elçisi İranla bağlanacaq mümkün diplomatik razılaşmanın “dörd məsələni” əhatə edəcəyini bildirib və bunları öz sözləri ilə belə sıralayıb:

  1. Nüvə zənginləşdirmə,
  2. Raketlər (onlar öz inventarlarını azaltmalıdırlar),
  3. Əllərində olan real nüvə materialı – təxminən 2000 kiloqram, yüzdə 3,67 ilə yüzdə 60 arasında zənginləşdirilmiş vəziyyətdə,
  4. Vəkil qüvvələr məsələsi.

Uitkoff həmçinin bildirib ki, İran iqtisadiyyatının “çox pis vəziyyətdə olması” səbəbindən ölkə bu dörd mövzu üzrə kompromisə getməyə meyilli ola bilər.

 

Bu Xəbəri Paylaş
Şərh edilməmiş