Yaxın Şərqdə artan hərbi hərəkətlilik və qarşılıqlı sərt bəyanatlar ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatını yenidən gündəmə gətirib. İrana yaxın təhlükəsizlik çevrələri və regional analiz mənbələri tərəflərin yüksək həyəcan vəziyyətinə keçdiyini və sahədəki balansların sürətlə dəyişdiyini bildirirlər. Əl-Borz Universitetinin Sosial və Siyasi Elmlər fakültəsinin müəllimi, siyasi məsələlər üzrə mütəxəssis və analitik Hüccətül-İslam Məhəmməd Əmiri Tayyibinin qiymətləndirmələrinə görə, mümkün bir qarşıdurmanın dinamikası əvvəlki dövrlərdən fərqli bir çərçivədə formalaşır və bu məqamlar aşağıdakı başlıqlar altında ümumiləşdirilir:
1- 12 günlük müharibədən fərqli olaraq, İran hazırda ən yüksək hazırlıq səviyyəsindədir. “Əllər tetikdədir, raketlər hədəflərə kilidlənib” ifadəsi qətiyyən təbliğat blöfü deyil. Bu dəfə komandirlərin göstəriş almaq üçün toplaşacağı bir proses olmayacaq. Əmrlər artıq verilib və İranın dörd bir yanında hər kəs oyunun başlamasını gözləyir.
2- Komandirlərin müharibə modeli və müharibənin mahiyyəti ilə bağlı düşüncə çərçivəsi 12 günlük müharibədən əvvəlki dövrlə müqayisədə köklü şəkildə dəyişib.
3- Mümkün növbəti müharibədə artıq yalnız raket buraxılışları ilə bağlı xəbərləri gözləməyəcəyik. Bəsirətli və şüurlu iranlı komandirlərin tədbiri ilə İranın texnika və imkanlarının böyük bir hissəsi 12 günlük müharibədə onsuz da nümayiş etdirilməmişdi. Bunun əsas səbəbi, əsas müharibə kimi qiymətləndirilən ABŞ ilə mümkün qarşıdurma üçün resursların və güclərin qorunması idi.
4- Bir neçə ay əvvəlinə qədər amerikalılarla birbaşa qarşılaşma və ölümcül zərbələr endirmə məsələsində müəyyən ehtiyat mövcud idisə, bu gün iranlı komandirlər və qərarvericilər arasında əvvəlki strategiyanın artıq işləmədiyi və qarşıdurmanın qaçılmaz olduğu barədə ortaq fikir formalaşıb. Bu səbəbdən mümkün bir toqquşmada ABŞ-ın və şəxsən Trampın ağır zərbələr almalı olduğu düşünülür. Bu zərbələrin əks-sədası və nəticələri həm ABŞ-ın bölgədən geri çəkilməsinə, həm də Trampın ABŞ daxilində rüsvay olmasına və Respublikaçıların yaxınlaşan Konqres seçkilərində məğlubiyyətə uğramasına səbəb olmalıdır.
5- ABŞ gəmilərinin İrana yaxınlaşması, İrana qarşı hücum xarakterli addımdan daha çox müdafiə xarakterli bir addımdır. Əsas məsələ ABŞ gəmilərinin İran sularından, eləcə də taktiki raketlərin, PUA-ların və intihar tipli dəniz dronlarının mənzilindən uzaqlaşmasıdır ki, bu da ABŞ-ın İrana hücum hazırlığında olduğuna dair bir siqnaldır.
6- İran nə Venesueladır, nə Suriya, nə Liviya, nə İraq, nə də Əfqanıstan. İranın hərbi və komanda strukturu, xalq dəstəyi və hücum potensialı bu ölkələrin heç biri ilə müqayisə edilə bilməz. ABŞ da artıq əvvəlki ABŞ deyil; bütün media təbliğatına baxmayaraq, ABŞ ordusu uzunmüddətli, genişmiqyaslı, regional və yüksək xərcli bir müharibəyə nə hazırdır, nə də buna həvəslidir. Təkcə ABŞ yox, bölgədəki bütün müttəfiqləri də belə bir ssenari ilə üzləşməyə hazır və istəkli deyil.
7- Bu gün ABŞ-ın İrana hərbi hücum planı yanmış və müddəti bitmiş bir plandır. Bu hücumun küçə iğtişaşları və Mossad ilə CIA-nın muzdlu elementlərinin apardığı şəhərdaxili müharibənin ortasında, şəhərlərin ələ keçirilməsi əməliyyatını tamamlayıcı mərhələ kimi dərhal həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin küçə hadisələrinin uğursuzluğa düçar olması, müəyyən edilmiş hədəflərə çatılmaması, təşkilatlanmış terror hüceyrələrinə vurulan ciddi zərbələr və ABŞ-ın İrana hücumun nəticələrindən duyduğu qorxu və tərəddüd səbəbilə bu plan icra olunmadı. Bundan sonra bu planı yenidən dövriyyəyə salmaq istiqamətində atılacaq hər cür addım daha baha başa gələcək, daha mürəkkəb və ağır nəticələr doğuracaq.
8- Əslində ABŞ və Tramp, hər nə qədər güclü görüntü yaratmağa çalışsalar da, hazırda sanki mişarın üzərində oturmuş vəziyyətdədirlər və bu durumdan şərəfli bir çıxış yolu axtarırlar. Elə bir nöqtəyə gəliblər ki; heç nə etməsələr onlara bel bağlayanlar tərəfindən qınanacaqlar və vətənsiz əsgərlərinin mənəvi çöküşünə şahid olacaqlar; hücum etsələr isə seçkilərin taleyinin müəyyən olunduğu bir ildə, nəticəsi qeyri-müəyyən, ümumi və yüksək xərcli bir müharibəyə girmiş olacaqlar.
9- Bu maddələr fonunda ABŞ-ın bölgədəki mövcud hərbi yerləşdirilməsi və hərəkətliliyi, ilk növbədə İranın bazalarına və bölgədəki mövcudluğuna qarşı mümkün önləyici hücumuna qarşı müdafiə məqsədi daşıyır. Amerikalılar düzgün şəkildə əllərin tetikdə və hədəflərin müəyyən edildiyindən xəbərdardırlar.
10- Allahın izni və qüdrəti ilə ABŞ-ın bu müharibədə məqsədlərinə (İranın təslim alınması və ya rejim dəyişikliyi) çata bilməməsi, atəşkəs və cəbhədən geri çəkilmə prosesi Yaxın Şərqdəki inkişafların yenidən İran və tövhid əhli oxunun xeyrinə, müşriklər və kafirlər oxunun isə əleyhinə dəyişməsinə səbəb olacaq.
