ABŞ Ədliyyə Nazirliyi: Epstein Sənədlərində Trampa Aid Bütün Materiallar Açıqlanacaq

3 Dəq Oxuma Müddəti

ABŞ Ədliyyə Nazirliyindən mühüm açıqlama

ABŞ Ədliyyə Nazirinin müavini Tod Blanş yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan və məhkəmə prosesi davam etdiyi dövrdə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı dosyalarda ABŞ Prezidenti Donald Trampa aid olan bütün materialların ictimaiyyətə açıqlanacağını bəyan edib.

NBC telekanalına müsahibəsində danışan Blanş bildirib ki, Epşteyn işi üzrə istintaq materiallarında Trampın yer aldığı bütün sənədlər və fotoşəkillər heç bir istisna olmadan yayımlanacaq. Onun sözlərinə görə, Prezident Tramp bu məsələ ilə bağlı dəfələrlə “gizlədəcək heç bir şeyinin olmadığını” açıq şəkildə ifadə edib.

Trampın mövqeyi: “Gizlədiləcək heç nə yoxdur”

Tod Blanş Epşteyn dosyalarında Trampa aid bütün materialların paylaşılıb-paylaşılmayacağı ilə bağlı suala konkret cavab verib. O bildirib ki, bu məsələ dəfələrlə açıqlanıb və Prezident Tramp hələ seçkidən əvvəl, eləcə də vəzifəyə başladıqdan sonra eyni mövqeni qoruyub.

Nazir müavininin sözlərinə görə, Tramp həm seçki kampaniyası dövründə, həm də prezident seçildikdən sonra uzun müddət ərzində ictimaiyyət qarşısında “Gizlədəcək heç nəyim yoxdur” fikrini təkrar-təkrar səsləndirib. Blanş vurğulayıb ki, bu yanaşma Epsteyn dosyalarına da tam şəkildə şamil olunur.

Qurbanlara aid materiallar istisna ediləcək

Tod Blanş açıq şəkildə bəyan edib ki, Epşteyn dosyelərində istər Donald Tramp, istərsə də başqa şəxslərlə bağlı bütün foto və sənədlər yayımlanacaq. Lakin bu prosesdə yeganə istisna hələ də həyatda olan zərərçəkmiş qurbanlara aid materiallar olacaq.

O qeyd edib ki, iki gün əvvəl ictimaiyyətə təqdim edilən bəzi dosyalarda Epşteynin fahişəlik şəbəkəsinə cəlb edilmiş və hazırda sağ olan qadınların fotoşəkillərinin yer aldığı müəyyən edilib. Nazir müavini vurğulayıb ki, həmin fotoların sonradan silinməsi Prezident Tramp ilə heç bir əlaqəsi olmayan qərardır və bu addım birbaşa qurbanların vəkillərinin müraciəti əsasında atılıb.

Dosyelərin silinməsi ilə bağlı izahat

Blanş bildirib ki, Ədliyyə Nazirliyi bütün materiallar barədə əvvəlcədən mükəmməl və tam məlumata malik olmaya bilər. Bu səbəbdən zərərçəkmişlərin hüquqlarını müdafiə edən qurumlardan və hüquqşünaslardan yeni məlumatlar daxil olduqda, həmin materiallar dərhal nəzərdən keçirilir, zərurət yarandıqda isə silinir və əlavə araşdırma başlanır.

Xatırladaq ki, ABŞ mediası bir gün əvvəl Donald Trampa aid fotoşəkillərin də olduğu 16 dosyanın Ədliyyə Nazirliyinin rəsmi internet saytından çıxarıldığını yazmışdı. Nazirlik isə cavab olaraq bildirib ki, əlavə məlumatlar əldə edildikcə, qanunvericiliyə uyğun şəkildə fotoşəkillər və digər materiallar araşdırılmağa və lazım gəldikdə məhdudlaşdırılmağa davam edəcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş