New York Times qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası fələstin pasportu sahiblərinə qeyri-immiqrant vizalarının verilməsini dayandırıb.
Xəbərdə bildirilir ki, Qəzza sakinlərinə bütün ziyarət vizalarının dayandırıldığını elan edən ABŞ hökuməti bu istiqamətdə yeni addım atıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti 18 avqustda bütün səfirliklərə göndərdiyi məktubda, Qərbi Şəriyə və fələstin diasporasından olan şəxslərə qeyri-immiqrant viza prosedurlarının dayandırılmasını əmr edib.
Bu qərar fələstin pasportu daşıyan şəxslərin tibbi müalicə, universitet təhsili, səfər və işgüzar görüşlər kimi məqsədlərlə ABŞ-a gəlmək üçün aldıqları vizaları da əhatə edir.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti 29 avqustda açıqlama verərək, sentyabr ayında Nyu-Yorkda keçiriləcək 80-ci BMT Baş Assambleyasına qatılacaq fələstinli rəsmilərin vizalarının da ləğv olunduğunu bildirmişdi.