Qocalmış Ramiz Mehdiyevi Hansı Cəza Gözləyir? – 87 Yaşlı Sabiq Rəisin Hüquqi Taleyi

3 Dəq Oxuma Müddəti

Ramiz Mehdiyev barəsində qərar

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, Mehdiyev barəsində verilmiş vəsatət təmin olunaraq, onun haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

87 yaşlı Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya saxlama), 274-cü (dövlətə xəyanət)193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Hər üç maddə ağır və xüsusilə ağır cinayət kateqoriyasına aiddir.

İttiham maddələri hansı cəzanı nəzərdə tutur?

Maddə 278.1 – Dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya zorla saxlamağa yönələn əməllər 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddə 274 – Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyinə və təhlükəsizliyinə qarşı yönələn əməllər də 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddə 193-1.3.2 – Cinayət yolu ilə əldə edilmiş əmlakı xeyli miqdarda leqallaşdırma 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yaşlı təqsirləndirilən şəxsə hansı hüquqi mexanizmlər tətbiq olunur?

Hüquqşünas Cavad Cavadovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində yaşlı şəxslər üçün xüsusi toxunulmazlıq maddəsi yoxdur. Lakin hüquq-məhkəmə təcrübəsində yaş və səhhət amili istintaqın gedişinə və cəza təyinatına təsir göstərir.

80 yaşdan yuxarı şəxslərin həbsdə saxlanılması humanizm prinsiplərinə zidd sayıldığından, bu hallarda məhkəmələr ev dustaqlığı və ya girovla azadlıqda qalma formalarını üstün tuturlar.

Cavadov bildirir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, məhkəmə hökmündən sonra belə, şəxsin səhhətinə və yaşına görə cəzanın icrası təxirə salına bilər. Bu, Ramiz Mehdiyev kimi yaşlı təqsirləndirilənlər üçün faktiki “hüquqi qalxan” rolunu oynayır.

Mehdiyevin cəza ehtimalları

Vəkil qeyd edib ki, Cinayət Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə cəzası hökm çıxarılan günədək 65 yaşına çatmış şəxslərə tətbiq edilmir. Buna görə də Ramiz Mehdiyevə ömürlük həbs cəzası verilməyəcək.

Məhkəmə onun yaşı və səhhətini nəzərə alaraq, daha yüngül cəza növü – şərti məhkumluq, cərimə və ya ictimai işlərdən məhrumetmə variantlarından birini seçə bilər.

Bununla belə, bu, Mehdiyevi məsuliyyətdən azad etmir. Əgər məhkəmə ittihamları sübut olunmuş saysa, ev dustaqlığında keçirdiyi müddət də son cəzasına əlavə ediləcək.

Ailəsinin bankı zərərdədir

Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsus “Bank BTB” ASC 2024-cü ilin yanvar-sentyabr aylarında 641 min manat zərər edib. Bankın əməliyyat gəlirləri artmasına baxmayaraq, ehtiyatlara ayırmalar və əməliyyat xərcləri də çoxalıb. Bankın nizamnamə kapitalı 71.45 milyon manat, səhmlərin 76.74%-i Nigar Mehdiyevaya məxsusdur.

Beləliklə, Ramiz Mehdiyevi ağır ittihamlar gözləsə də, onun yaşı və səhhəti ömürlük azadlıqdan məhrumetməni istisna edir. Ən real ssenari isə şərti məhkumluq və ya ev dustaqlığının davamı ola bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş