az.rasthaber.com xəbər verir ki, Facebook-un ilk illərində ən çox istifadə olunan, daha sonra isə tamamilə ləğv edilən “Dürtmə” funksiyası yenidən istifadəyə verilib.
Şirkət, mobil tətbiqdə profil səhifələrinə Dürtmə düyməsini əlavə edib. İstifadəçilər həmçinin “Dürtmələr” bölməsinə daxil olaraq onları dürtən dostlarını görə, geri dürtə və ya gələn bildirişi rədd edə biləcəklər.
Bir zamanlar Facebook-un ən simvolik xüsusiyyətlərindən biri olan “Dürtmə”, sosial şəbəkədə yenidən populyarlıq qazanmağa başlayıb.