DÇ-2026: Azərbaycan Millisinin İlk Rəqibi İslandiya Olacaq

1 Dəq Oxuma Müddəti

az.rasthaber.com xəbər verir ki, Azərbaycan milli komandası 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinə start verir. Yığmamız ilk turda İslandiya millisi ilə üz-üzə gələcək.

Matç İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək və bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sander van der Eykin olacaq, ona yan xətlərdə Rens Blümink və Stefan de Qroot kömək edəcəklər.

Qeyd edək ki, Azərbaycan və İslandiya indiyədək yalnız bir dəfə üz-üzə gəliblər. 2008-ci ildə baş tutan həmin oyun 1:1 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, yığmamız Fransa və Ukrayna ilə eyni qrupda mübarizə aparacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş