ABŞ Prezidenti Donald Tramp, Fələstinlilərə qarşı soyqırım hücumlarını davam etdirən İsrailə sərt mesajlar göndərib.
Tramp, İsrailin apardığı müharibənin artıq davam etdirilə bilməz hala gəldiyini bildirərək, Təl-Əviv rəhbərliyinə xəbərdarlıq edib. “İsrail bu müharibəni bitirmək məcburiyyətində qalacaq. Bu, İsrailə zərər verir, bunda heç bir şübhə yoxdur”, – deyə o bildirib.
O, hərbi baxımdan qazanılır kimi görünsə də beynəlxalq ictimaiyyət qarşısında tam əks mənzərə ortaya çıxdığını vurğulayıb: “Müharibəni qazana bilərlər, amma ictimai rəy qarşısında qazanmırlar və bu da onlara ciddi zərər vurur”.
Tramp əlavə edib ki, bir vaxtlar Konqresdə gördüyü ən güclü lobbi İsrail olub: “İsrail ən güclü idi. Əvvəllər İsrail haqqında pis danışa bilməzdiniz, siyasətçi olmaq istəyirdinizsə İsrailə qarşı danışmaq mümkün deyildi. Amma bu gün vəziyyət həqiqətən dəyişib. İsrail əvvəllər Konqres üzərində tam nəzarətə malik idi, indi isə deyil. Bu məni bir qədər təəccübləndirdi”.