Müqavimətdən Vaşinqton xəttinə etiraz
Hizbullah ilə bağlı yayılan məlumata görə, Livan müqaviməti Vaşinqtonda aparılan birbaşa danışıqlar prosesini yenidən rədd edib.
Məlumatda bildirilib ki, müqavimət atəşkəs məsələsinə yalnız meydandakı vəziyyət əsasında yanaşacaq.
“Qərarı meydan müəyyən edəcək”
Mənbələrin bildirdiyinə görə, müqavimət tərəfi hesab edir ki, siyasi bəyanatlar və yazılı vədlər kifayət deyil.
Hizbullah, sionist rejimin davranışı real vəziyyət və hərbi əməliyyatlar əsasında qiymətləndirilməlidir.
“Sionist rejim əvvəlki razılaşmalara əməl etməyib”
Məlumatda vurğulanıb ki, əvvəlki təcrübələr işğalçı rejimin əldə olunan razılaşmalara sadiq qalmadığını göstərib.
Buna misal olaraq həm 2024-cü ildəki razılaşmalar, həm də İslamabad görüşləri göstərilib.
“Müqavimət hüququndan geri çəkilmək olmayacaq”
Mənbələr bildirib ki, Livan torpaqlarının müdafiəsi və işğala qarşı müqavimət hüququ dəyişməz mövqe olaraq qalır.
Bu hüququn necə tətbiq ediləcəyinə isə müqavimət rəhbərliyinin qərar verəcəyi qeyd olunub.
Parlament blokundan da sərt açıqlama
Müqavimətə Sədaqət Bloku da sionist rejimin Livandakı hücumlarını sərt şəkildə tənqid edib.
Blokun açıqlamasında bildirilib ki, işğalçı rejimin danışıqlar prosesindən öz maraqları üçün istifadə edir və eyni zamanda Livanın kəndləri ilə mülki əhalisini hədəf almağa davam edir.
Vaşinqtonda yeni danışıqlar mərhələsi başlayıb
Bir neçə gün əvvəl Vaşinqton şəhərində Livan və sionist rejim arasında yeni danışıqlar mərhələsi başlayıb.
Məlumata görə, görüşlər atəşkəs razılaşmasının müddətinin başa çatmasına az qalmış keçirilir.
Danışıqların ABŞ vasitəçiliyi ilə aparıldığı bildirilir.
Gərginlik bölgədə davam edir
Atəşkəs müzakirələrinə baxmayaraq, Livan-Fələstin sərhədində qarşılıqlı hücumlar və hərbi gərginlik davam edir.
Son aylarda bölgədə həm raket hücumları, həm də pilotsuz uçuş aparatlarının istifadəsi intensivləşib.
