Qəfil istefa qərarı
ABŞ Müdafiə Nazirliyi – Pentaqon açıqlayıb ki, Hərbi Dəniz Qüvvələri naziri John Phelan vəzifəsindən dərhal ayrılıb.
Müvəqqəti təyinat
Nazirin səlahiyyətləri müvəqqəti olaraq müavini Hong Cao tərəfindən icra olunacaq.
Rəsmi açıqlama qısa oldu
Pentaqon sözçüsü Sean Parnell bildirib ki, Fılanın xidmətləri yüksək qiymətləndirilir, lakin istefanın səbəbləri açıqlanmayıb.
Gərgin dövrdə qərar
Bu dəyişiklik ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi blokada və davam edən gərginlik fonunda baş verir. Həmin blokada atəşkəs razılaşmasına zidd addım kimi qiymətləndirilir.
Pərdəarxası gərginlik
The Wall Street Journal yazır ki, Fılanın istefası Müdafiə naziri Pete Hegset ilə yaşanan uzunmüddətli gərginlikdən sonra baş verib.
Təcrübəsiz nazir müzakirə mövzusu idi
Qeyd olunur ki, Fılan hərbi təcrübəsi olmayan iş adamı idi və siyasi dəstək nəticəsində bu posta təyin olunmuşdu.
Pentaqonda dəyişiklik dalğası
Son dövrlərdə ABŞ ordusunda yüksək rütbəli şəxslərin ardıcıl vəzifədən uzaqlaşdırılması diqqət çəkir. Bu isə struktur daxilində ciddi dəyişikliklərin getdiyini göstərir.
