Musəvi Raket Bazalarında: Güc Nümayişi Artıb

2 Dəq Oxuma Müddəti

Raket bazalarına yerində baxış

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava-kosmik qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi raket buraxılış platformalarında yerləşən qüvvələrə yerində baxış keçirib. Bu səfər regionda hərbi əməliyyatların intensivləşdiyi bir vaxtda baş tutub.

Musəvi baxış zamanı şəxsi heyətin hazırlıq səviyyəsi və texniki imkanlarla tanış olub. O, hərbçilərlə görüşdə onların fəaliyyətindən qürur duyduğunu ifadə edib.

Minlərlə raket və PUA hazır vəziyyətdə

Komandan bildirib ki, yayımlanan görüntülər çoxsaylı maye və bərk yanacaqla işləyən ballistik raket buraxılış qurğularını, eləcə də minlərlə pilotsuz uçuş aparatını əks etdirir.

Onun sözlərinə görə, “Sadiq Vəd 4” əməliyyatlarının 88-ci dalğası ilə birlikdə raket və PUA buraxılışlarının tempi hər gün artır.

Yeni taktika və texnologiyalar

Musəvi qeyd edib ki, hər əməliyyat mərhələsində qüvvələrə yeni taktiki göstərişlər verilir. Bu çərçivədə müdafiə taktikalarında dəyişikliklər edildiyi və bunun mühüm nəticələr verdiyi vurğulanıb.

O bildirib edib ki, bu dəyişikliklər dünyanın ən qabaqcıl “gizli” döyüş təyyarələrindən biri hesab olunan F-35-in imkanlarının zəiflədilməsinə səbəb olub.

ABŞ iddialarına cavab

Komandan ABŞ prezidenti Donald Trampın İranın raket və PUA imkanlarının məhv edildiyi barədə açıqlamalarını təkzib edib. Onun sözlərinə görə, yayımlanan görüntülər real vəziyyətin tam fərqli olduğunu göstərir.

Musəvi vurğulayıb ki, İranın raket istehsalı və modernləşdirilməsi prosesi fasiləsiz davam edir.

Gücləndirilmiş arsenal

O əlavə edib ki, bütün raket bazaları yeni buraxılış qurğuları ilə təchiz olunub. Həmçinin daha güclü partlayıcı başlıqlara malik yeni nəsil raketlər arsenalda yer alıb.

Bu addımların müharibə şəraitində həyata keçirildiyi qeyd olunub.

Səudiyyədə hücum

Musəvi çıxışında Səudiyyə Ərəbistanının əl-Xarc bölgəsində ABŞ hərbçilərinin yerləşdiyi obyektin hədəf alındığını dabildirib. Onun sözlərinə görə, təxminən 200 nəfərin olduğu məntəqəyə raket və PUA zərbələri endirilib.

Bu hücum nəticəsində itkilərin olduğu və hərbi texnikanın, o cümlədən AWACS təyyarələrinin zərər gördüyü bildirilib.

Regionda gərginlik dərinləşir

Analitiklər hesab edir ki, İranın bu cür açıqlamaları və artan hərbi fəaliyyət regionda gərginliyi daha da artırır. Xüsusilə raket və pilotsuz texnologiyaların geniş istifadəsi münaqişənin miqyasını böyüdə bilər.

Hazırkı vəziyyət Qərbi Asiyada qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş