ABŞ Universitetində Silahlı Hücum: 2 Ölü

1 Dəq Oxuma Müddəti

Yataqxana kompleksində atışma

ABŞ-ın South Carolina State University (SCSU) ərazisində silahlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

CBS News telekanalının universitet rəhbərliyinə istinadən yaydığı məlumata görə, hadisə tələbələrin yaşadığı “Hugine Suites” yaşayış kompleksində baş verib.

Hadisə barədə məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal əraziyə cəlb olunub.

Polis açıqlama yaydı

Cənubi Karolina Ştat Polis İdarəsinin rəsmiləri hücum nəticəsində 2 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığını təsdiqləyiblər. Həlak olanların şəxsiyyəti və yaralının sağlamlıq vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.

Hadisənin motivi və şübhəli şəxs barədə də rəsmi açıqlama yoxdur. Araşdırmalar davam etdirilir.

Dərslər dayandırıldı

Təxminən 3 min tələbənin təhsil aldığı universitetdə təhlükəsizlik məqsədilə bu gün dərslərin keçirilməyəcəyi elan olunub. Universitet rəhbərliyi tələbələrə və əməkdaşlara əlavə məlumatın rəsmi kanallar vasitəsilə çatdırılacağını bildirib.

Son illər ABŞ-də təhsil müəssisələrində baş verən silahlı hücumlar cəmiyyətdə ciddi narahatlıq doğurur. Hadisə ilə bağlı araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş