Rodriges: Venesuelada Azad Seçkilər Keçiriləcək

2 Dəq Oxuma Müddəti

NBC-yə müsahibədə seçki vədi

Venesuelanın müvəqqəti prezidenti Delcy Rodríguez ABŞ-ın NBC telekanalına müsahibəsində ölkədə azad və ədalətli seçkilərin keçiriləcəyini bəyan edib.

Rodrigesə “azad və şəffaf seçkilər”in keçirilməsinə sadiq qalıb-qalmayacağı ilə bağlı ünvanlanan suala cavab olaraq, o, “Bəli, əlbəttə” deyə cavab verib. Onun sözlərinə görə, Venesuelada azad seçkilər azad və ədalətin hökm sürdüyü dövlət deməkdir.

Sanksiyalar və beynəlxalq təzyiqlər

“Sanksiyasız dövlət” mesajı

Rodriges bildirib ki, azad və ədalətli seçki yalnız ölkənin xarici sanksiyalardan azad olduğu, beynəlxalq təzyiq və hədələrə məruz qalmadığı şəraitdə mümkündür. O, həmçinin xarici media tərəfindən edilən “təzyiq və müdaxilələrə” qarşı olduqlarını vurğulayıb.

Onun açıqlamaları Venesuelada davam edən siyasi gərginlik fonunda səslənib.

Hakimiyyət dəyişikliyi fonunda bəyanat

Rodriges ölkə başçısı Nicolás Maduro ilə bağlı baş verən hadisələrdən sonra müvəqqəti olaraq hakimiyyəti üzərinə götürüb. Rəsmi Karakasın mövqeyinə görə, Maduro ilə bağlı proseslər ölkədə siyasi sabitliyə təsir göstərib.

Müxalifətin mövqeyi

Venesuela hökuməti daha əvvəl keçirilmiş prezident seçkilərinin şəffaf və qanuni olduğunu bəyan edib və nəticələrin legitimliyini müdafiə edib. Lakin müxalifət qüvvələri seçkilərin nəticələrini qəbul etmədiklərini və qələbənin onlara məxsus olduğunu iddia edirlər.

Siyasi müşahidəçilər hesab edirlər ki, qarşıdakı dövrdə ölkədə yeni seçkilərin təşkili daxili və beynəlxalq səviyyədə ciddi nəzarət altında olacaq. Venesuelada davam edən siyasi böhran və iqtisadi çətinliklər fonunda seçki məsələsi əsas gündəm mövzusu olaraq qalır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş