Hərbçi və məskunlaşan saxlanılıb
Sionist rejim hakimiyyət orqanları bir ehtiyat hərbçi və bir məskunlaşan şəxsin məxfi məlumatlardan istifadə edərək hərbi əməliyyatlarla bağlı onlayn mərc etdiyi şübhəsi ilə saxlanıldığını açıqlayıb.
Birgə bəyanat sionist rejim Müdafiə Nazirliyi, Şin Bet və işğalmı rejim polisi tərəfindən yayılıb. Bildirilib ki, son dövrdə “Polymarket” platformasında mərc fəaliyyətində iştirak edən bir neçə şübhəli müəyyən edilib.
Açıqlamada qeyd olunur ki, ittiham olunan şəxslər istifadə etdikləri məlumatları hərbi xidmət zamanı ehtiyatda olan hərbçilərdən əldə ediblər.
Təhlükəsizlik üçün real risk
Rəsmi qurumlar vurğulayıb ki, məxfi məlumatlardan istifadə etməklə mərc oyunlarına qoşulmaq sionist rejim ordusunun əməliyyat təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.
İstintaq materiallarına əsasən, məsələ hərbi əməliyyatların vaxtı və miqyası ilə bağlı həssas informasiyanın üçüncü tərəflərə ötürülməsi ehtimalını gündəmə gətirib.
İranla bağlı mümkün mərc iddiası
İşğalçı rejim mediasının məlumatına görə, araşdırılan iş 2025-ci ilin iyun ayında sionist rejimin İrana qarşı mümkün zərbəsi ilə bağlı açılmış mərc variantı ilə əlaqəli ola bilər.
Sionist rejim Müdafiə Qüvvələri bildirib ki, aparılan araşdırmalara baxmayaraq, indiyədək hər hansı əməliyyat zərəri qeydə alınmayıb.
Ordu əlavə edib ki, bu fəaliyyətlərdə iştirak etdiyi sübuta yetirilən şəxslərə qarşı həm cinayət, həm də intizam tədbirləri görüləcək. İş üzrə araşdırma davam edir və şübhəlilərin kimliyi ilə bağlı məlumatlara məhkəmə qərarı ilə məhdudiyyət qoyulub.
Araşdırma davam edir
Hadisə işğal altındakı torpaqlarda məxfi məlumatların qorunması və hərbi personalın məsuliyyəti məsələsini yenidən gündəmə gətirib. Təhlükəsizlik qurumları belə halların qarşısının alınması üçün nəzarətin gücləndiriləcəyini bildirir.
