78-ci Dalğa: İran “Müzakirə”ni Raketlərlə Aparır

1 Dəq Oxuma Müddəti

78-ci hücum dalğası başladı

İran İnqilab Keşikçiləri “Sadiq Vəd 4” əməliyyatı çərçivəsində 78-ci hücum dalğasını həyata keçirdiyini açıqlayıb. Bildirilir ki, hücumlar həm işğal  ərazilərinə, həm də ABŞ-a məxsus hərbi bazalara yönəlib.

Əsas hədəflər: Təl-Əviv, Dimona və Eylat

Rejim mediasının məlumatına görə, hücumlar bir neçə strateji bölgəni əhatə edib.

Hədəfə alınan məntəqələr

  • Təl-Əvivin şimal hissəsi
  • Dimona bölgəsi
  • Eylat şəhəri
  • Bər əs-Səbi və Negev əraziləri

Çoxbaşlı raketlər və kamikadze PUA-lar

İranın bu hücumda yeni taktikalardan istifadə etdiyi bildirilir.

İstifadə olunan vasitələr

  • Parçalanan (çoxbaşlı) raketlər
  • Kamikadze pilotsuz uçuş aparatları
  • Koordinasiyalı kütləvi zərbələr

Təl-Əvivdə birbaşa zərbələr

Məlumata görə, Təl-Əvivin şimalında bir binaya birbaşa zərbə endirilib.

Ziyan və nəticələr

  • 1 binaya birbaşa düşmə
  • 7 fərqli nöqtədə qəlpə zədələri
  • Yaralananların olduğu bildirilir

İnfrastruktur və nəqliyyat təsirləndi

Zərbələr nəticəsində bəzi yollar bağlanıb və hərəkət məhdudlaşdırılıb.

Təhlükəsizlik tədbirləri

  • Tel-Əvivlə şimalı birləşdirən yol bağlanıb
  • Xilasetmə qrupları əraziyə göndərilib

“Ən böyük hücumlardan biri”

Rejim mənbələri son raket dalğasını müharibə başlayandan bəri ən böyük hücumlardan biri kimi qiymətləndirir.

İran: “Müzakirələrimiz raketlərlədir”

İran tərəfi hücumların davam edəcəyini və daha geniş miqyaslı eskalasiyanın mümkün olduğunu bildirib.

Gərginlik davam edir

Məlumatlara görə, münaqişənin 25-ci günündə də hücumlar fasiləsiz davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş