2025-ci il üçün Ən Güclü Intel və AMD Prosessorları

5 Dəq Oxuma Müddəti

2025-də hansı prosessoru almaq daha doğrudur?

On illərdir mərkəzi prosessor bazarında iki böyük rəqib – AMD və Intel – bir-birini üstələmək üçün mübarizə aparır. İstər oyun, istər peşəkar montaj, qrafika və ya sadəcə gündəlik istifadə olsun, komputerin “beyni” olan CPU düzgün seçilmədikdə, ən güclü videokart belə özünü tam göstərə bilmir.

2025-ci il üçün aparılan qiymətləndir­mələrə görə, ümumi güc, qiymət və real istifadəçi təcrübəsi baxımından AMD Ryzen 9 9950X, Intel Core i9-14900KAMD Ryzen 7 9800X3D ən önəmli modellər kimi fərqlənir.

1. AMD Ryzen 5 7600X – AM5 üçün sərfəli giriş

Zen 4 memarlığına sahib Ryzen 5 7600X hal-hazırda AM5 platformasında münasib qiymətə alınacaq ən güclü seçimlərdən sayılır. 6 nüvə və 12 axın ilə tək nüvə performansı daha bahalı Ryzen qardaşlarından geri qalmır.

Köhnə AM4 soyuducularının AM5-lə uyğunluğu əlavə xərci azaldır. İstifadəçilər həm oyun, həm də gündəlik işlərdə “qiymət–güc balansı” baxımından bu modeli xüsusilə məsləhət görürlər.

2. Intel Core i7-14700K – 14-cü nəsildə “şirin nöqtə”

Core i7-14700K, LGA1700 platforması üçün çox nüvəli gücü və əvvəlki nəsillə müqayisədə artırılmış nüvə sayı ilə seçilir.

20 nüvə (P+E), 28 axın, 5.5 GHz-ə qədər tezlik və geniş keş həcmi həm çoxpəncərəli iş, həm də müasir oyunlar üçün kifayət edir. Real rəylərə görə, illərlə istifadə edilə biləcək “universal” Intel prosessoru sayılır.

3. AMD Ryzen 9 9950X – oyun və iş stansiyası üçün zirvə

16 nüvə və 32 axınla 5.7 GHz-ə qədər sürət təklif edən Ryzen 9 9950X, həm kontent yaradıcıları, həm də ağır oyun istifadəçiləri üçün AMD tərəfində praktiki zirvə hesab olunur.

3D modelləşdirmə, kod kompilyasiyası, video montajı kimi paralel işlərdə Threadripper səviyyəsinə yaxın güc verir. İstifadəçilər bu prosessoru “f/p məhsulu deyil, tam güc abidəsi” kimi xarakterizə edir.

4. Intel Core i5-14400F – sərfəli LGA1700 seçimi

10 nüvə (6 performans, 4 səmərəlilik) və 16 axınla Core i5-14400F həm oyun, həm də başlanğıc səviyyə kontent işləri üçün son dərəcə münasibdir. DDR4 və DDR5 dəstəyi sayəsində köhnə sistemdən mərhələ mərhələ keçid imkanı verir.

İstifadəçilər bu modeli “orta büdcədə ən məntiqli Intel prosessoru” kimi qiymətləndirir.

5. Intel Core i9-14900K – çox iş parçacığı üçün Intel flaqmanı

24 nüvə və 32 axınlı Core i9-14900K, eyni anda oyun, yayım (stream), qeyd və render edənlər üçün nəzərdə tutulmuş yüksək səviyyəli prosessordur.

6 GHz-ə çatan sürət və yüksək TDP səbəbilə ciddi soyutma tələb edir, lakin müstəqil testlərdə həm oyun, həm də renderdə ən üst sıralarda qərar tutur.

6. AMD Ryzen 5 5600X – AM4 sistemi üçün “ikinci bahar”

Yeni AM5–DDR5 sistemə keçmək istəməyən, lakin AM4 platformasını ucuz başa yüksəltmək istəyənlər üçün Ryzen 5 5600X hələ də çox aktualdır. 6 nüvə, 12 axın, aşağı TDP və münasib qiymət onu orta büdcəli oyun kompüterləri üçün ideal edir.

7. Intel Core i3-14100F – giriş səviyyəsində müasir seçim

LGA1700 platformasında ucuz, amma nisbətən güclü sistem qurmaq istəyənlər üçün 4 nüvəli Core i3-14100F kifayət edir. DDR5 və PCIe 5.0 dəstəyi sayəsində gələcəkdə yüksəltməyə açıq sistem qurmaq olar.

Köhnə orta səviyyə prosessorları performansda geridə qoyması ilə diqqət çəkir.

8. AMD Ryzen 7 8700G – videokartsız oyun üçün APU

Diskret videokart almaq istəməyənlər üçün Ryzen 7 8700G daxilindəki Radeon 780M qrafik nüvəsi ilə 1080p-də bir çox oyunu oynamağa imkan verir. 8 nüvə, 16 axın və güclü inteqrə qrafika – kiçik büdcəli oyun sistemləri üçün ciddi alternativdir.

9. AMD Ryzen 7 9800X3D – ən sürətli oyun prosessoru

Ryzen 7 9800X3D hal-hazırda bazarda oyun üçün ən güclü prosessorlardan biri kimi göstərilir. 8 nüvə, 16 axın və 96 MB L3 keş sayəsində xüsusilə FPS həssas oyunlarda rəqiblərini geridə qoyur.

Nisbətən aşağı enerji sərfiyyatı sayəsində bahalı soyutma və nəhəng güc bloklarına ehtiyac qalmır, bu da onu “həm oyun, həm iş üçün balanslı seçim” edir.

Prosessor seçərkən nələrə baxmalısınız?

Prosessor almadan əvvəl aşağıdakı meyarlara diqqət etmək vacibdir:

  • Soket uyğunluğu – mövcud və ya alacağınız ana platanın socket-i (AM4, AM5, LGA1700 və s.)

  • Nəsil və memarlıq – daha yeni nəsil, adətən daha yaxşı effektivlik və funksiyalar deməkdir

  • Nüvə və axın sayı, saat tezliyi – oyun üçün daha yüksək tək nüvə, render və montaj üçün daha çox nüvə önəmlidir

  • TDP və soyutma – güclü prosessor güclü soyutma tələb edir

  • Daxili qrafika (iGPU) – ayrıca videokart almayacaqsınızsa mütləqdir

  • Qiymət–güc balansı – ehtiyacınız olmayan gücə artıq pul verməmək üçün iş yükünüzə uyğun seçim etməlisiniz.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş