Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Şəhid Qasim Süleymani və ictimai məsuliyyət

Şəhid Qasim Süleymani cəsarəti o dərəcədəydi ki, yalnız Allahdan qorxduğuna görə Allah onun qorxusunu düşmənlərin qəlbinə salmışdı.

Hər insanın bir həyat macərası və mübarizə həyatı vardır. Cəmiyyətdə simvol və örnək alınacaq bir insan olanda o insanın xüsusiyyətləri və sifətləri araşdırılır, incələnir. Bu məhbubiyyət və uğurunun mənbəyi araşdırılır.

Şəhid Qasim Süleymaninin xüsusiyyətlərini qısaca tanıyaq:

İnsanın vəzifələrindən biri və ən çətini vəzifəsinin nə olduğunu ayırd etməsidir. Xüsusilə də şərtlər və durumlar dəyişdiyində; haqqın batillə qarışdığı, fitnə və qarmaqarışıqlığın olduğu dönəmlərdə vəzifəni ayırd etmək çətindir. Şəhid Qasim Süleymani hər durumda vəzifəsini ayırd edəcək tutumu var idi. Başqalarına vəzifə təyin etmək əvəzinə öz vəzifə və məsuliyyətini bilir və əməl edərdi. Digərlərinin vəzifəsini yerinə yetirib-yetirməməsilə də maraqlanmazdı. Təkcə öz vəzifəsinə əməl etməyi önəmli bilərdi.

İnsanın fərdi vəsifəsilə yanaşı ictimai vəzifələri olduğu inkar edilməz bir həqiqətdir. İctimai mövzuların hansında məsuliyyət daşıdığını bilmək lazımdır. Hər kəs hər sahədə vəzifə və məsuliyyət ala bilməz. Biri hərbi sahədə, biri mədəni sahədə, biri elm-təhsil sahəsində, biri siyasi sahədə, biri iqtisadi sahədə alar. Hər kəsin hər sahədə məsuliyyəti yoxdur; bəzən məsuliyyət alar, bəzən itaət edər, bəzən isə məsuliyyət verər. Önəmli olan ictimai məsuliyyəti qəbul etməkdir. İctimai sahədə məsuliyyət qəbul etmək, vəzifə adamı olmaq, özünü ictimaiyyətə qarşı məsuliyyətli bilmək insanı məsuliyyətli olmağa sövq edər. Şəhid Süleymani ona verilən vəzifəni ən məsuliyyətli şəxs kimi yerinə yetirərdi. Qasim Süleymani 40 il öncə ictimai vəzifəni anlamış və özü seçdiyi sahədə 40 il bu vəzifə və məsuliyyəti yerinə yetirmişdir.

Qlobal hədəfi olan şəxs  bir lider və rəhbərə bağlı  olmalıdır. Özbaşına hərəkət edən, özünü rəhbər görər. 40 illik mübarizə həyatında rəhbərə bağlılığı şəhid Süleymaninin ən önəmli xüsusiyyətlərindəndir.

İnsanın mübarizədə və aldığı vəzifədə ən önəmli silahı cəsarətdir; həm verəcəyi qərarlarda şübhələri, həm edəcəyi işlərdə öz nəfsindəki qorxunu məğlub etməlidir. Düşmənin gücü insanı qorxutmamalıdır.

Hər addımı cəsarətlə atmalıdır. Özünü tamamilə vəzifə və məsuliyyətə həsr etmiş şəxsin itirəcək heç nəyi yoxdur. İtirəcək bir şeyi olanlar qorxarlar. Şəhid Süleymani mübarizə həyatında təkcə itirəcək sərmayəsi canını da bu yolda şəhadətilə taclandırmışdır.

İnsanın cəsur və qorxmaz olması gözəl və təqdir ediləcək bir sifətdir. Amma ondan daha gözəl və üstünü düşmənin ondan qorxması, düşmənin qəlbinə qorxu salmasıdır. Şəhid Qasim Süleymani cəsarəti o dərəcədəydi ki, yalnız Allahdan qorxduğu üçün Allah onun qorxusunu bütün düşmənlərin qəlbinə salmışdı.

Bütün uğurlarının sirri insanın hədəfinə sədaqəti və əməlindəki ixlasdır. İmanında sabit və inancında sədaqətli olan kəsi heç bir güc ideologiyası və düşüncəsi döndərə bilməz. Hədəfinə inanıb sədaqət göstərmək müqavimət və sabitliyi gətirər. Hədəfi uğrunda ixlaslı hərəkət də uğuru gətirər.

insan fədakarlıq etmədiyi müddətdə uğur qazana bilməz. Ən önəmlisi də öz nəfsindən fədakarlıq etməli, nəfsin əlindən yəni “ənaniyyət”dən (mənlik) qurtulmalıdır. İnsan sahib olduqlarını fəda etməyə hazır olmazsa, sahibi olduğunu düşündükləri ayağına dolaşacaqdır. İnsan öz canı da daxil, sahib olduqlarını Allah yolunda fəda edərsə, Allah bütün qəlbləri ona yönləndirir və onun sevgisini insanların qəlbində yerləşdirər.

Dünyəvi istək və tələbi olmaması, məqam, mal-sərvət dalınca olmaması, ümid verən bir qəhrəman olması və şər güclərilə mübarizədə ilham qaynağı olmasıydı.

 Şəhid Qasim Süleymani başqasının uğurları ilə özünə təskinlik verməzdi. O vəzifəsini yerinə yetirməyə çalışırdı. Vəzifə və məsuliyyətinin nə olduğunu bilərək hərəkət edərdi. Mənim vəzifəm nədir, nə etməliyəm, Allah mənə necə bir məsuliyyət vermişdir, düşüncəsilə hərəkət edilincə uğur qazanmaq qaçılmazdır.

Dünyada ədalət və azadlıq sevdalılarının onun şəhadətindən duyduqları üzüntünün səbəbləri onun sahib olduğu bu xüsusiyyətlərə görədir.

 Şəhid Qasim Süleymaninin həyat mübarizəsi və şəhadətindən alınması lazım olan ən önəmli dərs vəzifəni ayırd edib, ona əməl etmək və ictimai məsuliyyəti qəbul etmək olmalıdır.

Xəbəri paylaş

Yazarın bütün yazıları