Habil Aydın YAZARLAR
Habil Aydın

İrqçilik və İrqçiliyə qapı açan millətçilik cinayətdir

Allahın adı ilə...

İrqçilik və irqçiliyə qapı açan ya da növləri türkçülük, ərəbçilik, kürdçülük, irançılıq, farsçılıq, milliyətçilik və s. kimi anlayışlara, fakt və dəyərlərə istinad edərək, dini də bir vasitə kimi istifadə edərək insanları bir birinə düşmən edib, qarşıdurma yaratmaq bəşəri və insanlıq cinayətidir. Bu fikirin atası isə şeytandır.

 

 “Vətən sevgisi imandandır” və s. kimi ifadələrə əsasən “ sevgi, iman və vətən” anlayışlarının nə olduğunu, bu anlayışların Allah nəzərində necə dəyərləndirildiyini bilmədən, nəyə görə gəldiyi haqqında düzgün məlumatlara malik olmadan; necə bir sevgi, necə bir iman, necə bir vətən? Necə bir dövlət kimi sualların cavabını da islam perspektivindən düzgün bir şəkildə vermədən; Allahın qanunlarının hökm sürmədiyi dünyanın həqiqəti olaraq bizlərə təqdim olunan və ya qarşımıza çıxan; məzmunu isə hakim zehniyyətə görə şəkil alan “vətənçilik, ölkəçilik, tayfaçılıq, dövlətçilik, bayraqçılıq, milliyətçilik və s. oyunları oynamaq heç kimi vətənpərvər, dövlətsevər, millətsevər, ölkəsevər, bayraqsevər etməyə kifayət etməz.

 

Hələ ki, üzərində zina, pozğunçuluq, haqsızlıq, zülm, oğurluq, rüşvət, ayrıseçkilik, qohumbazlıq, faiz, fərqliləşdirmə, irqçilik, məzhəbçilik, osmançılıq, ölkə torpaqlarını böyük şeytan ABŞ və NATO terror bazalarının istifadəsinə açıq vəziyyətə gətirməklik, qonşu ölkələrin rejimini devirməklik və s. kimi hər mövzuda təhlükəli olan, Allahın da pis qəbul etdiyi oyunları oynamaq, iqtidar nemətlərindən yararlanaraq bunları etmək, heç bir insan, əxlaq normaları, qanun və qaydaları tanımadan bunları etmək ən yumşaq formada desək “Vətən xainliyinin” özüdür. Bunların heç biri vətənpərvərliklə uyğun gələn şeylər deyildir. Azad ağılın qəbul edəcəyi şeylər də deyildir.

 

Dominant zehniyyət əksini iddia etsə də, Allahın qanunlarına yer verməyən, bu yöndəki həssasiyyətlər və bu həssasiyyətlərin oyunçular, şeytani oyun və tələlərlə mane olmasına çalışılsa da, “güclü haqlıdır, güc və iqtidar deyirsə düzdür” deyə bir qayda, ilahi bir dəlil yoxdur. Bir şeyin zorla qəbul edilməsinə çalışılması o şeyi doğru və qanuni etməz. Haqq və qanuniliyin tək mənbəyi, Allah və Allah tərəfindən göndərilən peyğəmbər və imamlardır.

 

Dolayısı ilə hansı ölkə və millət olursa olsun, Allahdan uzaq olan zehniyyətlərin məna və dəyər dünyasından örnək alaraq, bu dünyanın normalarını da Allahın normalarının üstündə görərək özümüzə bir qanunilik sahəsi aça bilmərik. Kəlimə və qavramlarımıza bu üsulla məna yükləyə bilmərik. Yükləsək belə, İlahi iradəyə zidd həyata yön verən heç bir qavram və anlamın bir dəyəri yoxdur. Ayə və hədislərin, bu mövzuda bir istifadə aparatı halına gətirilməsi və ya gətirilməsinə çalışılması da durumu dəyişdirən deyildir.

 

Bunu Türkün, İranlının, Ərəbin və ya hər hansı bir irq, millət və dövlətin etməsi nəticəni dəyişdirməyəcək. Çünki kim tərəfindən edilirsə edilsin, günah da, savab da bütün insanlığa aid bəşəri bir qavramdır. Xüsusi bir inanc qrupuna, millətə və irqə aid deyil.

 

Allahın qayalarını inkar edərək bir dünya inşa edən anlayış və zehniyyətlər əksini iddia etsələr də, Allaha və Allahın qoyduğu yola müxalif hər şey bəşəri günahdır, nəticəsi də  - bütün insanlıq üçün yanğın, dağıtmaq, döyüş, qan, göz yaşı, fitnə-fəsad, xaos, haqsızlıq, ədalətsizlik, fəqirlik-yoxsulluq, mənasızlıq və qeyri-müəyyənlikdir. Yəni uçurum və məhvə gedən bir prosesdir.  

 

Bütün bunlara baxmayaraq insanları bu prosesi mədəniyyət deyə təqdim etmənin adı ağılsızlıq, primitivlik və təəssübkeşlikdir. Ağıl kimi nemətə sahib olan heç kəs bu cür açıq və dəqiq bir primitivlik və saxtakarlığı yaşayış tərzi etməz.

 

Məna aləmində hər şeylərinə görə yaradıcıya borclu olmalarına baxmayaraq, ona yer verməyən güclər və onların əlaltıları qəbul etməsə də, Allahın təyin etdiyi qanuni sərhədlər içində edilən hər şey düzdür; haqq, ədalət, sülh, azadlıq, xoşbəxtlik, inkişaf, varlılıq, rifahdır. Yəni qurtuluş və qurtuluşa gedən prosesdir. Allaha inanıb inanmasından asılı olmayaraq bütün insanlıq, hətta bütün canlılar üçün bu prosesin sonu sülh, xoşbəxtlik, ədalət, genişlik və aydınlıqdır. Bu qədər gözəlliyin olduğu bir prosesin içində yaşamağı seçmək sadəcə ağıl kimi möhtəşəm bir nemətin fərqində olanlara unikal seçim və davranışdır.

 

Xəbəri paylaş

Yazarın bütün yazıları