Yəmən ordusu işğal olunmuş Fələstində hərbi hədəflərə zərbə endirib

Yəmən ordusu işğal olunmuş Fələstində hərbi hədəflərə zərbə endirib

Yəmən Silahlı Qüvvələrinin işğal olunmuş Fələstində 5 hərbi və mühüm həyati hədəflərə pilotsuz uçuş aparatları ilə hücum edib.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələri işğal olunmuş Fələstin ərazisində yerləşən 5 mühüm və hərbi hədəfə, o cümlədən Ben Qurion hava limanı, Yafadakı hərbi hədəf, İlat limanı, Ramon hava limanı və Əşdod bölgəsindəki mühüm bir hədəfə pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildirib.

Yəmən Silahlı Qüvvələri verdiyi bəyanatda bildirib ki, onların pilotsuz aviasiya birliyi misilsiz bir əməliyyatla işğal olunmuş Fələstin ərazisində 5 hərbi və mühüm hədəfi vurub.

Bəyanatda deyilir ki, bu əməliyyat çərçivəsində Ben Qurion hava limanı, Yafada hərbi bir obyekt, Ümm Ər-Rəşraş limanı, Ramon hava limanı və Əşdod bölgəsindəki həyati əhəmiyyətli bir hədəf vurulub.

Yəmən Silahlı Qüvvələri əlavə edib ki, bu əməliyyat beş PUA ilə həyata keçirilib və hədəflərə dəqiq zərbələr endirilib. Bu misilsiz əməliyyat Fələstin xalqına və döyüşçülərinə dəstək məqsədilə, Qəzzədəki soyqırım cinayətlərinə və Yəmənin Əl-Hudeyda limanına edilən son hücumlara cavab olaraq həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR