UEFA-dan Avro2020 ilə bağlı açıqlama

UEFA-dan Avro2020 ilə bağlı açıqlama

UEFA AVRO-2020-ni əvvəlcədən müəyyənləşdirilmiş 12 şəhərdə keçirməyi planlaşdırır

Rasthaber Azərbaycan Sputnik-ə xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagenin Avropa çempionatının oyunlarına ev sahibliyindən imtina etmək istəyi ilə bağlı xəbərə münasibət bildirən qitə futbol qurumunun açıqlamasında qeyd olunub ki, matçların eyni şəhərlərdə əvvəlki təqvimlə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, UEFA martın 17-də koronavirus pandemiyası səbəbindən AVRO-2020-nin növbəti ilə təxirə salınmasına qərar verib. Turnir 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. Yerli təşkilat komitələri oyunlara ev sahibliyi etməklə bağlı aprelin 30-dək quruma təminat göndərməlidirlər.

Artıq AFFA turnirin 4 oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər də Avropa futbol qurumuna göndəriləcək.

Xəbəri paylaş

VİDEOLAR