Suriya prezidenti Bəşər Əsəd açıqlama verib
Rasthaber Azərbaycan Sana-ya istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Yaxın Şərqdə terrorçuların, o cümlədən də İŞİD terror təşkilatının olması ABŞ-a sərf edir.
“ABŞ-a regionda terrorçular lazımdır, xüsusən də İŞİD”, – deyə Əsəd parlamentdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ özünün “Sezar aktı” çərçivəsindəki sanksiyaları ilə “terrorçulara dəstək verir”.
“ABŞ-ın boykotu Suriyaya qarşı psixoloji müharibənin yeni mərhələsini açır. O, terrorçulara dəstəyə yönəlib. ABŞ onlarsız keçinə bilmir”, – deyə o əlavə edib.