Zənginləşdirmə proqramımızdan imtina edə bilmərik.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Seyid Əbbas Əraqçi Fox News telekanalına verdiyi müsahibədə “İranın zənginləşdirmə proqramı yenidən başlayıbmı? Bu proqram davam edirmi, yoxsa ziyan o qədər ciddi olub ki, tamamilə dayandırılıb?” sualına cavab verərək deyib: “Dayandırılmayıb, baxmayaraq ki, zərərlər ciddi və ağır olub. Amma təbii olaraq biz zənginləşdirmə proqramımızdan imtina edə bilmərik, çünki bu, bizim alimlərimizin əldə etdiyi bir nailiyyətdir. Üstəlik, bu məsələ artıq milli qürurumuzla bağlı bir məsələyə çevrilib. Zənginləşdirmə bizim üçün çox dəyərlidir.”
O, həmçinin “Niyə zənginləşdirilmiş uranı bəzi ölkələr kimi idxal etmirsiniz? Niyə bu, razılaşmanın bir hissəsi olmasın ki, daxili istehsal əvəzinə onu idxal edəsiniz?” sualına cavabında belə deyib: “Çünki bu, bizim özümüzün əldə etdiyi elmi bir nailiyyətdir. Əgər biz özümüz istehsal edə biliriksə, niyə onu idxal etməliyik?”
Əraqçi müsahibəinin davamında belə bildirib: “Keçmişdə İsrail və ABŞ tərəfindən təzyiqlər və təqiblər olduğuna görə, nüvə obyektlərimizi, materiallarımızı və alimlərimizi qorumaqdan başqa yolumuz qalmayıb. Mənim ABŞ-yə mesajım budur: gəlin İranın nüvə proqramı ilə bağlı danışıqlara əsaslanan bir həll yolu tapaq.”