Qəzzada şəhid olanların sayı 59 min 106-ya çatıb

Qəzzada şəhid olanların sayı 59 min 106-ya çatıb

Fələstin Səhiyyə Nazirliyi sionist rejimin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 59 min 106 nəfərə çatdığını açıqlayıb. Nazirlik bildirib ki, bu rəqəm 7 oktyabr 2023-cü il tarixində hücumların başladığı gündən bəri qeydə alınan şəhidlərin ümumi sayını əks etdirir.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada bu gün (çərşənbə axşamı) açıqladığı son məlumatlara görə, son 24 saatda İsrailin hücumları nəticəsində daha 77 fələstinli şəhid olub, 376 fələstinli yaralanıb.

Nazirlik həmçinin bu səhər humanitar yardıma çatmağa çalışan fələstinliləri hədəf alan hücumlarda 5 nəfərin öldüyünü və 52 nəfərin yaralandığını bildirib.

Açıqlamada, yardım almağa çalışarkən həyatını itirən fələstinlilərin ümumi sayının 1026-ya, bu prosesdə yaralananların sayının isə 6563-ə çatdığı vurğulanıb.

Səhiyyə Nazirliyi intensiv bombardmanlara görə axtarış-xilasetmə əməliyyatlarının böyük çətinliklərlə üzləşdiyini bildirərək, çoxlu qurbanların hələ də dağıntılar altında və ya küçələrdə basdırıldığını, mülki müdafiə qruplarının bu ərazilərə çata bilmədiyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR