Qrossi: İran nüvə danışıqlarında ciddidir

Qrossi: İran nüvə danışıqlarında ciddidir

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bu gün İran və ABŞ arasında nüvə müzakirələrinin gedişi ilə bağlı verdiyi açıqlamada deyib: “Tehran və Vaşinqton arasında danışıqların davam etməsindən məmnunam.”

Az.rasthaber.com xəbər verir ki, o, əlavə edib: “Mən Uitkoff (danışıqlarda ABŞ nümayəndəsi) ilə əlaqə saxlayıram, lakin bu danışıqların nəticəsi hələ aydın deyil.”

 

BAEA-nın bu prosesdəki roluna toxunan Qrossi vurğulayıb: “Agentlik iki tərəf arasında birbaşa danışıqların bir hissəsi deyil, lakin razılıq əldə olunarsa, biz yoxlama aparmağa və onun etibarlılığını təmin etməyə kömək etməyə hazırıq.”

 

O, İranın mövqeyi ilə bağlı deyib: “İran tərəfi bu danışıqlarda ciddidir və razılığa gəlməyə çalışır.”

Xəbəri paylaş

VİDEOLAR