Tehran Universitetində Süleymaninin şəhadəti münasibətilə aksiya

ABŞ-ın İraqda qətlə yetirdiyi İranlı general Qasim Süleymaninin şəhadət xəbərindən sonra İran xalqı küçələrə axın edib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu gün Tehran Universitetində tələbə və müəllimlər böyük aksiya təşkil ediblər.
Onlar Qasim Süleymani və digər şəhidlərin xatirəsini yad edərək, ABŞ və İsrailə qarşı şüarlar səsləndiriblər.

Tələbələr İnqilab Rəhbəri Ayətullah Xameneiyə başsağlığı verərək, "hazırıq" mesajı veriblər. Daha sonra tələbələr Universitetin rəhbərlik ofisinə qədər yürüş ediblər.

Qeyd edək ki, İranda dünəndən 3 günlük yas elan olunub və ölkəboyu aksiyalar keçirilir. 

Xəbəri paylaş

VİDEOLAR