"ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək."
Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə deyib.
"ABŞ Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləməyə davam edir," - Bayden bildirib.
İki ölkə liderinin görüşü iki saatdan çox sürüb. Prezidentlər jurnalistlərlə görüşməyib. Adətən, görüşü yekunlaşdıran yüksək səviyyəli birgə mətbuat konfransı da keçirilməyib.
Görüşün sonunda Ağ evin yaydığı birgə bəyanatda bildirilib ki, Ukrayna "demokratiya və avtoritarlığın mərkəzindədir" və ölkədə demokratik institutların möhkəmlənməsində, korrupsiya ilə mübarizədə uğurlu nəticələr əldə ediləcəyinə inanırlar.