Bayden ABŞ ordusunun Əfqanıstandan çıxmasından danışdı

Bayden ABŞ ordusunun Əfqanıstandan çıxmasından danışdı

Bayden eyni zamanda, Talibanla razılaşmanın ondan əvvəlki prezident tərəfindən imzalandığını da xatırladıb.

ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasının başa çatması və iyirmi il davam edən müharibənin bitməsinin ardınca çərşənbə axşamı günü Amerika xalqına müraciət edib.

"Dünən Kabildə Amerika Birləşmiş Ştatları Amerika tarixinin ən uzun müharibəsinə son qoydu" - deyə, prezident Bayden bildirib.

ABŞ prezidenti Taliban qüvvələrinin gəlişindən sonra Kabildən təxliyənin təmin edilməsində Amerika hərbi qüvvələrinin səylərini "hərbi missiya deyil, mərhəmət missiyası" adlandırıb. Bayden eyni zamanda, Talibanla razılaşmanın ondan əvvəlki prezident tərəfindən imzalandığını da xatırladıb.

Bayden Kabildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olan ABŞ hərbçilərinin fədakarlığını bir daha yad edib.

Prezident Amerika hərbçilərinin sayəsində Əfqanıstandan 124 mindən çox insanın təxliyə edildiyini xatırladıb. O həmçinin qeyd edib ki, bu təxliyə çətin ki, daha nizamlı bir şəkildə həyata keçirilə bilərdi.

Xəbəri paylaş

VİDEOLAR