Məşhədi şəhid Elnurun ildönümü tədbiri keçirildi - FOTO

Dünən Bakı şəhərində Vətən müharibəsi iştirakçısı şəhid Elnur Mustafayevin ildönümü münasibəti ilə tədbir keçirilib.

Az.rasthaber.com xəbər verir ki, məsclis Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və Hacı İlkin Həsənzadənin müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb.

Ardınca ruhanilər – Eldayaq Hüseynov, Şəhadət Heydərov, Əhli-Beyt (ə) məddahları və şairləri, əziz şəhid anaları və dəyərli qazilər, həmçinin Elnur Mustafayevin atası Nəcəf Mustafayev və bir sıra digər qonaqlar da çıxışlar ediblər.

Xatırladaq ki, əslən Kəlbəcər rayonunun Ağcakənd kəndindən olan şəhid Elnur Mustafayev 2002-ci il 9 fevralda Bakı şəhərində anadan olub. O, 2020-ci il 27 sentyabr tarixində döyüşlərə qatılıb və 2020-ci il 30 oktyabr tarixində şəhidlik məqamına yetişib.

Kiçik yaşlarından namaz qılıb oruc tutan Elnur həm də güləşçi idi. İranda keçirilən yarışda 1-ci yeri tutduqdan sonra Məşhəd şəhərində İmam Rza (ə) hərəmini ziyarət etmişdi.

Qeyd edək ki, 30 oktyabrda Sulutəpə qəsəbəsi Şəhidlər Xiyabanında şəhid Elnurun anım mərasimi keçirilib.

Həmin tədbirdən olan şəkilləri diqqətinizə çatdırırıq:

Xəbəri paylaş

VİDEOLAR