Səudiyyə Ərəbistanından “qanunsuz” həcc ziyarəti ilə mübarizə üçün yeni addım

Səudiyyə Ərəbistanından “qanunsuz” həcc ziyarəti ilə mübarizə üçün yeni addım

Səudiyyə Ərəbistanı həcc icazəsi olmadan Məkkəyə vizasız gələnlərlə mübarizə aparmaq üçün yeni tətbiqə başladığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, AA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi yanında Təhlükəsizlik Baş İdarəsindən verilən yazılı açıqlamada, “qanunsuz” həcc ziyarəti ilə mübarizədə həcc ziyarətini tənzimləyən yeni təlimatların sabahdan etibarən icrasına başlanılacağı bildirilib. 

Bu təcrübə Səudiyyə Ərəbistanında yaşayan xarici vətəndaşlarla məhdudlaşacaq və Məkkəyə daxil olmaq istəyənlərdən əvvəlcədən səlahiyyətli orqanlardan yazılı icazə alması tələb olunacaq.

Məkkə şəhərinə gedən yollarda yaradılacaq keçid məntəqələrində icazəsi olmayan şəxslər şəhərə buraxılmayacaq.

Xəbəri paylaş

VİDEOLAR