Qəzzada şəhidlərin sayı 34 min 683-ə yüksəlib

Qəzzada şəhidlərin sayı 34 min 683-ə yüksəlib

Sionist rejim ordusunun 212 gündür hücumlarını davam etdirdiyi Qəzza zolağında şəhidlərin sayı 34 min 683-ə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada, İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 34 min 683, yaralı sayının isə 78 min 18-ə yüksəldiyi bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Xəbəri paylaş

VİDEOLAR