Qəzza zolağında 10 min insanın itkin düşdüyü açıqlanıb

Qəzza zolağında 10 min insanın itkin düşdüyü açıqlanıb

İsrail ordusunun oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində 10 min insanın itkin düşdüyü və ya dağıntılar altında qaldığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin media ofisindən verilən məlumatda bildirilib.
Bildirilib ki, İsrail ordusu “2023-cü il oktyabrın 7-dən Qəzza zolağında 3070 qətliam törədib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 14944-ü uşaq və 9 849-u da qadın olmaqla 34  622 adamın öldüyü, 77 867 adamın da yaralandığı bildirilib.
Qəzzada İsrailin hücumlarına məruz qalanların 72 faizinin qadın və uşaqlar olduğu vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR